Xalq artistindən yazdılar: "Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib" - FOTO/VİDEO
Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Birxeber xəbər verir ki, sənətçi 1.2 milyon ilzəyicisi olan instaqram hesabında arxiv görüntülərini paylaşıb.
Video 21 il əvvəl 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın "Ulduzlar bağı" adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.
Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirələrə səbəb olub.
İzləyicilərin bir qismi Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.
Onlar "Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib" deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar.
Birxeber ifaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edir: