İrəvanda partlayış zamanı azı 2 nəfər ölüb - HADİSƏ ANI - YENİLƏNİB

İrəvanda partlayış zamanı azı 2 nəfər ölüb - HADİSƏ ANI - YENİLƏNİB

İrəvanın Erebuni rayonunda partlayış zamanı 2 nəfər ölüb.

Birxeber.Az Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verir ki, dağıntılar altından qadın və kişi meyiti çıxarılıb.

Ərazidə axtarış işləri davam edir.

***

12:13

İrəvanın Erebuni ərazisində dağıntı ilə müşayiət olunan partlayış baş verib.

Birxeber.Az Daxili İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verir ki, dağıntılar altında insanlar ola bilər. İlkin məlumata görə, hadisə zamanı iki ev dağılıb.

Sosial şəbəkələrdə istifadəçilər partlayışın çörək sexində baş verə biləcəyini yazır.