İspaniya UNRWA-yə əlavə maliyyə yardımı edəcək

İspaniya UNRWA-yə əlavə maliyyə yardımı edəcək

İspaniya Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) əlavə maliyyə yardımı edəcək.

Birxeber.Az "Reuters"ə' istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares hökumət kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, İspaniya BMT-nin Fələstinli Qaçqınlar Agentliyinə əlavə 3,5 milyon avro yardım göndərəcək.

Qeyd edək ki, İsrailin HAMAS-ın 7 oktyabr hücumunda iştirakda UNRWA-nın 12 əməkdaşını ittiham etməsindən sonra bir neçə böyük donor Agentliyə maliyyə yardımını kəsib və bunun ardınca Agentlik ciddi maliyyə çatışmazlığı barədə xəbərdarlıq edib və tezliklə Qəzzada humanitar fəaliyyətini dayandıracağını bildirib.

Madrid 2023-cü ildə UNRWA-ya 18,5 milyon avro yardım edib ki, onun 10 milyon avrosu dekabr ayında İsrailin hücuma başlamasının ardınca ərazidə pisləşən humanitar böhrandan sonra təsdiqlənib.