İranın dəstəklədiyi təşkilat Suriyada ABŞ hərbçilərinin də olduğu təlim bazasına zərbə endirib

İranın dəstəklədiyi təşkilat Suriyada ABŞ hərbçilərinin də olduğu təlim bazasına zərbə endirib

ABŞ ötən həftə İranın proksi qüvvələrinə qarşı genişmiqyaslı hücumundan sonra ilk cavab zərbəsi qəbul edib.

Birxeber.Az “Sky News”a istinadən xəbər verir ki, ötən gecə İranın dəstəklədiyi İraq İslami Müqaviməti təşkilatı Suriyanın şərqindəki Deyr əz-Zövr vilayətində Amerika hərbçilərinin də olduğu Al-Omar təlim bazasına dron zərbəsi endirib. Nəticədə “Suriya Demokratik Qüvvələri”nin 6 kürd komandosu həlak olub, daha 14 nəfər yaralanıb.

Məlumata görə, sözügedən bazada kürd döyüşçülərin komanda bölmələrinə təlim keçilir. Zərbənin ABŞ qüvvələri arasında itkiyə səbəb olmadığı bildirilir.

İraq İslami Müqavimət silahlı qruplaşmasının hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü və dronun havaya qalxmasının əks olunduğu video paylaşıb.

Xatırladaq ki, sözügedən qrupun yanvarın sonunda endirdiyi dron zərbəsi nəticəsində 3 ABŞ hərbçisi həlak olub, 30-dan çoxu yaralanıb.