Azərbaycanın daha bir şahmat hakimi A kateqoriyalı status alıb

Azərbaycanın daha bir şahmat hakimi A kateqoriyalı status alıb

Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A kateqoriyalı hakim statusu alıb.

Qurumdan "Birxeber.Az"a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova A kateqoriyalı hakimlik lisenziyası əldə edib.

Qeyd edək ki, bununla ölkəmizdə A kateqoriyalı hakimlərin sayı ikiyə çatıb.

Uzun illər Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov A kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.