MDB PA-nın Müşahidə Missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib

MDB PA-nın Müşahidə Missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib

MDB PA-nın Müşahidə Missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil oluqları nümayəndə heyəti ilə görüşündə bildirilib.

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezidenti seçkilərinin tarixdə ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcəyini və xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Baş prokuror seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.