Hindistanın Rusiyadakı səfirliyinin əməkdaşı Pakistana casusluq iddiası ilə həbs edilib

Hindistanın Rusiyadakı səfirliyinin əməkdaşı Pakistana casusluq iddiası ilə həbs edilib

Hindistanın Rusiyadakı səfirliyinin əməkdaşı Pakistanın xeyrinə casusluq iddiası ilə həbs edilib.

APA "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Uttar Pradeş əyalətinin polisi açıqlama yayıb.

Açıqlamaya görə, Hindistanın Moskvadakı səfirliyində təhlükəsizlik məsələləri üzrə köməkçi vəzifəsində çalışan Satyendra Sival bazar günü həbs edilib. Hindistan rəsmiləri onun Pakistanın kəşfiyyat agentliyi olan Xidmətlərarası Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini aşkar edib.

Polisin bəyanatında deyilir ki, 2021-ci ildən Moskvada səfirlikdə çalışan Sival Hindistanın müdafiəsi və xarici əlaqələri haqqında məlumat sızdırmaqda şübhəli bilinir.

Hindistan Xarici İşlər Nazirliyi həbsdən xəbərdar olduğunu bildirib.