Gürcüstanda Odessadan Voronejə gedən partlayıcı yük saxlanılıb

Gürcüstanda Odessadan Voronejə gedən partlayıcı yük saxlanılıb

Ukraynanın Odessa vilayətindən Rusiyanın Voronej bölgəsinə gedən partlayıcı yük Gürcüstanda saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bildirib.

Məlumata görə, xüsusi xidmət orqanları həmin partlayıcıların Gürcüstan ərazisinə terror aktı törətmək məqsədi ilə keçirildiyini istisna etməyib.

Bildirilib ki, bu maddələrin Gürcüstan ərazisindən Rusiyaya daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib.