Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib

Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib

Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib.

Birxeber "report"a istinadən xəbər verir ki, COVID-19 pandemiyasının Avropa ölkələrinə təsirindən bəhs edən və redaktorları tanınmış professorlar Luis Dalingvote (Sorbonna Universiteti, Fransa), Vanessa Bullet (Lotaringiya Universiteti, Fransa), İside Costantini (Sorbonne Universiteti, Fransa) və Paul Gibbs (Middlesex Universiteti, İngiltərə) olan "The Unequal Costs of COVID-19 on Well-being in Europe" (Human Well-Being Research and Policy Making) adlı kitabın 8-ci fəsli Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva, kafedranın müəllimi Aygün Muradlı, Xarici dillər kafedrasının müəllimi Nərgiz Hüseynovanın “Impact of the COVID-19 pandemic on the well - being of children with disabilities and their parents in Azerbaijan” adlı elmi araşdırmalarına həsr olunub.

Araşdırmada pandemiya zamanı əlilliyi olan uşaqların vəziyyəti, əlilliyi olan uşaqlara və onların valideynlərinə təsiri və təhlili, pandemiya ilə mübarizədə əlilliyi olan şəxslərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Sosial Xidmətlər Agentliyi, ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökümət təşkilatları - Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Birgə və Sağlam İctimai Birliyi və bənzər qurumların bu müddət ərzində həyata keçirdikləri fəaliyyət, həmçinin mütəxəssis, valideyn müsahibəsi və rəyləri öz əksini tapıb.

Dünyanın nüfuzlu elmi nəşriyyatlarından biri olan “Springer” tərəfindən çap olunan kitab hazırda dünyanın ən böyük onlayn alış-veriş platformalarından biri olan “Amazon”da satışdadır.

Birxeber
Koronavirus Koronavirus
TURKOVAC Azərbaycanda da istehsal oluna bilər

TURKOVAC Azərbaycanda da istehsal oluna bilər

Koronavirus Koronavirus
ABŞ-da meymunçiçəyindən ilk ölüm qeydə alındı

ABŞ-da meymunçiçəyindən ilk ölüm qeydə alındı

Koronavirus Koronavirus
Çexiyanın maliyyə naziri koronavirusa yoluxub

Çexiyanın maliyyə naziri koronavirusa yoluxub

Koronavirus Koronavirus
ÜST: “Pandemiya səbəbindən 15 milyon insan ölüb”

ÜST: “Pandemiya səbəbindən 15 milyon insan ölüb”

Koronavirus Koronavirus
Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib

Koronavirusa dair dünyaca məşhur kitaba azərbaycanlı alimin elmi araşdırması daxil edilib

Koronavirus Koronavirus
Türkiyədə koronavirusa gündəlik yoluxma sayı uzun müddətdən sonra dördrəqəmliyə düşdü

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı uzun müddətdən sonra dördrəqəmliyə düşdü

Koronavirus Koronavirus
Türkiyəyə gedənlərin NƏZƏRİNƏ

Türkiyəyə gedənlərin NƏZƏRİNƏ

Koronavirus Koronavirus
Koronavirusun yeni əlamətləri AÇIQLANDI

Koronavirusun yeni əlamətləri AÇIQLANDI

Koronavirus Koronavirus
Türkiyədə COVİD-19-a gündəlik yoluxma 1200-ə endi

Türkiyədə COVİD-19-a gündəlik yoluxma 1200-ə endi