FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

Birxeber FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***22:05

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Birxeber bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

***21:03

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

Birxeber bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Birxeber
HADİSƏ HADİSƏ
Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

HADİSƏ HADİSƏ
Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub