800 kiloqramdan çox narkotik tərkibli bitki məhv edildi - FOTO
Göyçayda 800 kiloqramdan artıq narkotik tərkibli bitki məhv edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən Birxeber-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Birxeber