Bakıda ana iki uşağı ilə birlikdə intihar etdi - YENİLƏNİB

Bakıda ana iki uşağı ilə birlikdə intihar etdi - YENİLƏNİB

Özünü binadan atan qadının kimliyi müəyyənləşib.

Birxeber Birxeber-ya istinadən xəbər verir ki, bu, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızıdır. O, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qayınanası ilə kirayədə yaşayırmış.

***08:27

Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.

Birxeber Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib.

Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Ana, eləcə də övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçinib.

Hadisə yerinə iki təcili yardım briqadası çağırılıb.

İntiharın dəqiq səbəbi bilimir.

Faktla bağlı araşdırma aparılır.

Birxeber
HADİSƏ HADİSƏ
Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

HADİSƏ HADİSƏ
Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO