Yunanıstanda fermerlər traktorlarla yolu bağlayıb

Yunanıstanda fermerlər traktorlarla yolu bağlayıb

Yunanıstanda fermerlər etiraz əlaməti olaraq Salonik-Mudanya yolunu bağlayıb.

APA-nın ERT telekanalına istinadən verdiyi xəbərə görə, aksiya fevralın 3-də “Aqrotika” kənd təsərrüfatı sərgisi keçirilən ərazidə başlayıb.

Mitinq zamanı fermerlər yola bir neçə yeşik şabalıd və alma atıblar.

Qeyd edək ki, fermerlər hökumətin kənd təsərrüfatı sahəsində vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan narazıdır. Baş nazir Kiriakos Miçotakis may ayından sentyabra qədər elektrik enerjisinin qiymətində fermerlərə 10 faiz güzəşt ediləcəyini açıqlayıb. . Eyni zamanda fermerlərə Günəş panellərinin quraşdırılması üçün subsidiya ayrılacağını bildirib.

Lakin fermerlər bu vədləri yetərli saymırlar və fevralın 5-də daha geniş aksiya keçirməyi planlaşdırırlar.