AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

Bu barədə "Birxeber"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Nəzarət tədbirləri, eyni zamanda son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunub.

Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir.

Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır. Eyni zamanda konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.

AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

SAĞLAMLIQ SAĞLAMLIQ
Son iki ayda müalicəyə cəlb olunan 40 hepatit xəstəsinə pulsuz dərman verilib

Son iki ayda müalicəyə cəlb olunan 40 hepatit xəstəsinə pulsuz dərman verilib

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST: “Omikron"un XE rekombinatı 10% daha yoluxucudur”

ÜST: “Omikron"un XE rekombinatı 10% daha yoluxucudur”

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada vaksinasiya prosesi qeydə alınmayıb

Azərbaycanda son sutkada vaksinasiya prosesi qeydə alınmayıb

SAĞLAMLIQ SAĞLAMLIQ
KTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6-sı ölüb"

KTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6-sı ölüb"

SAĞLAMLIQ SAĞLAMLIQ
Şamaxıda yol qəzasında yaralananların vəziyyəti açıqlanıb

Şamaxıda yol qəzasında yaralananların vəziyyəti açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib

Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib

SAĞLAMLIQ SAĞLAMLIQ
Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb

Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Niderlanddan gətirilən bibər toxumunda virus aşkarlanıb

Niderlanddan gətirilən bibər toxumunda virus aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 543 milyonu ötüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

Azərbaycanda planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir

ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir