Ukrayna SQ Lisiçanskdakı çörək zavoduna zərbə endirib, 28 nəfər ölüb - YENİLƏNİB-2

Ukrayna SQ Lisiçanskdakı çörək zavoduna zərbə endirib, 28 nəfər ölüb - YENİLƏNİB-2

Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb. Həyatının itirənlərdən biri uşaqdır.

İstintaq Komitəsinin ilkin məlumatlarına görə, HIMARS MLRS-dən istifadə edilməklə zərbə endirilib.

***

saat 01.08

Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə endiridiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.

İstintaq Komitəsinin ilkin məlumatlarına görə, zərbə HIMARS MLRS-dən istifadə edilməklə həyata keçirilib.

On mülki şəxs yaralanıb.

***

03.02.2024

Saat 23:13

Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə endiridiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb..

Xəsarət alan 10 nəfərdən 5-in vəziyyəti ağırdır.

***

Saat 21:02

Ukrayna Silahlı Qüvvələri separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çörək zavoduna endirilən zərbə nəticəsində yeddi nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti daha əvvəl dağıntılar altından beş nəfərin cəsədinin çıxarıldığı barədə məlumat yaymışdı.

Xəsarət alanların sayı altı nəfərdir.