Kurban Berdıyev Ruslan Abışovu yeni komandasına aparacaq

Kurban Berdıyev Ruslan Abışovu yeni komandasına aparacaq

Rusiyalı mütəxəssis Kurban Berdıyev yanında təcrübə keçən azərbaycanlı sabiq futbolçu Ruslan Abışovu yeni komandasına aparacaq.

Bu barədə “Report”a keçmiş müdafiəçinin qardaşı Sərxan İbrahimoğlu məlumat verib.

O bildirib ki, Kurban Berdıyev Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun baş məşqçi postundan istefa versə də, bir müddət komandaya rəhbərlik edəcək: “Berdıyev Antalyada keçirilən təlim-məşq toplanışının sonuna qədər komandanın sükanı arxasında qalmalıdır. Ruslan da bu müddətdə orada təcrübə keçəcək. Berdıyevin başqa təklifləri var. Hara getsə, Ruslanı da özü ilə aparacaq. Bildiyim qədərilə Səudiyyə Ərəbistanı və Çindən çox yaxşı təklifləri var”.

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiyada “Rubin” klubunun formasını geyinib. Həmin vaxt Kazan təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edib.