Əfsanəvi basketbolçunun idman ayaqqabıları hərracda 8 milyon dollara satılıb

Əfsanəvi basketbolçunun idman ayaqqabıları hərracda 8 milyon dollara satılıb

Əfsanəvi basketbolçu Maykl Cordanın 6 cüt idman ayaqqabısı hərracda 8 milyon dollara satılıb.

“Report” xəbər verir ki, kolleksiyada sabiq idmançının Milli Basketbol Assosiasiyasında (NBA) çempionluq uğrunda həlledici oyunlarda geyindiyi ayaqqabılar yer alıb.

O, 1991-1993 və 1996-1998-ci illərdə “Çikaqo”nun heyətində NBA çempionu olub. Cordan dörd cüt ayaqqabısının üzərinə qol çəkib.

Qeyd edək ki, Maykl Cordanın peşəkar karyerası 1984-2003-cü illəri əhatə edib.