Hakan Fidan Nyu-Yorka səfərə gedib

Hakan Fidan Nyu-Yorka səfərə gedib

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanal qeyd edib ki, Fidan BMT TŞ-nin yanvarın 23-də keçiriləcək Fələstin mövzulu iclasına qatılacaq.

Türkiyənin XİN başçısının səfər əsnasında ikitərəfli görüşlər də keçirəcəyi gözlənilir.