Azərbaycanda yükdaşıma fəaliyyətində vergitutma rejimi sadələşdirilib

Azərbaycanda yükdaşıma fəaliyyətində vergitutma rejimi sadələşdirilib

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ildən Azərbaycan daxilində yük daşımaları həyata keçirən vergi ödəyiciləri vergi öhdəliklərini rüb ərzində 30 % limit nəzərə alınmaqla 2 % dərəcə ilə sadələşdirilmiş vergi və yaxud mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək.

Bu barədə "Birxeber.Az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib

Məlumata görə, illik dövriyyə 200 min manatı keçdikdə həmin şəxslərin məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.

Sərnişin daşıma ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.

Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) müəyyən etdiyi aylıq məlumatların DVX-nin elektron informasiya sisteminə ötürülməsi və göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1 000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsidir.