Bakıda tıxac 20-yə yaxın marşrut avtobusunun hərəkətinə problem yaratdı

Bakıda tıxac 20-yə yaxın marşrut avtobusunun hərəkətinə problem yaratdı

Bakıda yaranan tıxac səbəbindən yollarda 20-yə yaxın marşut avtobusunun intervalında gecikmə yaranıb.

Bakı Nəqliyyat Agentliyinin Vahid Dispetçer Xidmətindən Birxeber-ə verilən məlumata görə, Bakı - Sumqayıt şosesi - Moskva prospektindən 20 Yanvar dairəsi - Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı ilə əlaqədar 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir.

Azadlıq prospekti - Binəqədi şosesindən Azadlıq m/st istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə 10-a yaxın avtobusun intervalında 13-15 dəqiqəlik gecikmələr yaranıb.

Birxeber
Sosial Sosial
Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO

Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO