Xumar Qədimova: "Sabir sağ olsa idi, ayağının altından öpərdim" - VİDEO

Xumar Qədimova: "Sabir sağ olsa idi, ayağının altından öpərdim" - VİDEO

"Zaur, bayaq sən dahilərdən danışdın. Mən birini oxudum. Sən düz deyirdin. Dahinin də dahiyanəsini seçirik. Çünki ola bilər ki dahidir, amma çox bəsit yazı yazsın. Deyirsən ki, biz buna aşiq olmuşuq?"

Birxeber xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova deyib. "Zaurla Günaydın" verilişinə qonaq olan ifaçı dahilərdən danışıb. O, "Mirzə Ələkbər Sabir sağ olsa idi, ayağının altından öpərdim" sözlərini deməklə hər kəsi təəccübləndirib:

"Eləsi var, məsələn, mən Mirzə Ələkbər Sabiri oxuyanda deyirəm ki, o sağ olsa idi, ayağının altından öpərdim. Öpərdim ayağının altından. Amma nə yaxşı ki, sağ deyil. İndi də elə yaşayanlar var ki, biz onun sənətinə aşiqik. Mühit, zamanə elə dəyişib ki, aşiq olduğun dahi haqqında deyirsən, "nə yaxşı, o insan həyatda yoxdur..."

Birxeber