Xankəndidə 7 avtomat, 3 qumbara aşkarlanıb

Xankəndidə 7 avtomat, 3 qumbara aşkarlanıb

Polis əməkdaşları ötən gün Xankəndi şəhərindən xeyli odlu-silah sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.