FİFA prezidenti futbolçuların qiymətlərinin alqoritmlə müəyyən olunmasını təklif edib

FİFA prezidenti futbolçuların qiymətlərinin alqoritmlə müəyyən olunmasını təklif edib

FİFA prezidenti Canni İnfantino alqoritmdən istifadə ilə futbolçular üçün qiymətlərin müəyyən olunmasını təklif edib.

“Birxeber.Az” bu barədə “The Telegraph” qəzetinə istinadən xəbər verir.

"İndi bizim üçün bu və digər mövzular haqqında danışmaq həmişəkindən daha vacibdir. Məsələn, transfer sistemində şəffaflığı artırmaq və maraqlı tərəflərə kömək etmək üçün transfer haqqının ədalətli dəyərini qiymətləndirmək üçün alqoritmdən istifadə imkanlarının müzakirəsi", - o bildirib.