Azərbaycan və Slovakiya çoxtərəfli əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Slovakiya çoxtərəfli əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Slovakiya Milli Şurasının Xarici Əlaqələr Komissiyasının sədri Marian Keri ilə görüşümdən məmnunam. Azərbaycan ilə Slovakiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də parlamentlərarası əlaqələr ətrafında maraqlı fikir mübadiləsi aparılıb”, - səfir qeyd edib.