Yeddiqat dünya çempionunun “Ferrari”də qazancı müəyyənləşib

Yeddiqat dünya çempionunun “Ferrari”də qazancı müəyyənləşib

“Formula 1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemiltonun “Ferrari”də illik qazancı 50 milyon avro olacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilib ki, britaniyalı sürücü 2025-ci ilin əvvəlində hazırkı komandası “Mercedes”dən ayrılaraq, “Ferrari”nin şərəfini qoruyacaq. Onun yeni komandasında qazancı “Mercedes”dəkindən az olacaq.

Qeyd edək ki, Lyuis Hemilton 2013-cü ildən “Mercedes”in uğurları üçün çalışır. 39 yaşlı pilot son mövsümdə 234 xalla üçüncü yeri tutub.