Birxeber.az / Yeddiqat dünya çempionunun “Ferrari”də qazancı müəyyənləşib

Yeddiqat dünya çempionunun “Ferrari”də qazancı müəyyənləşib

2-02-2024, 16:40

“Formula 1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemiltonun “Ferrari”də illik qazancı 50 milyon avro olacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilib ki, britaniyalı sürücü 2025-ci ilin əvvəlində hazırkı komandası “Mercedes”dən ayrılaraq, “Ferrari”nin şərəfini qoruyacaq. Onun yeni komandasında qazancı “Mercedes”dəkindən az olacaq.

Qeyd edək ki, Lyuis Hemilton 2013-cü ildən “Mercedes”in uğurları üçün çalışır. 39 yaşlı pilot son mövsümdə 234 xalla üçüncü yeri tutub.

Geri qayıt