Ukrayna Rusiyanın raket gəmisini gəmi dronları ilə məhv edib

Ukrayna Rusiyanın raket gəmisini gəmi dronları ilə məhv edib

Ukrayna Rusiyanın “İvanovets” raket gəmisini "Magira V5" gəmi dronları ilə məhv edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.

Onun sözlərinə görə, gəminin gövdəsinə ümumilikdə altı zərbə endirilib.

K.Budanov əməliyyatın detallarını açıqlamayıb.

Qeyd edək ki, fevralın 1-də vurulan gəminin göyərtəsində 40-a yaxın dənizçi olub.

Məlumata görə, gəmi 70 milyon dollar dəyərindədir.