“Gürcü Legionu”nun daha iki döyüşçüsü Ukraynada həlak olub

“Gürcü Legionu”nun daha iki döyüşçüsü Ukraynada həlak olub

“Gürcü Legionu”nun daha iki döyüşçüsü Ukraynanın şərqində gedən döyüşlərdə həlak olub.

Birxeber.Az-nın Tbilisi müxbiri “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, artilleriya atəşi nəticəsində həlak olan döyüşçülər Zura Tsiklauri və Qoça Jvanianın meyiti ön xəttən götürülüb və tibbi ekspertizaya göndərilib.

“Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili hər iki döyüşçünün legionun ən köhnə döyüşçülərindən olduğunu, Ukraynada 2014-cü ildən bəri döyüşdüyünü, Rusiya və Gürcüstan arasında olan 2008-ci il avqust müharibəsinin iştirakçısı olduğunu bildirib.