Bakıda İİV infeksiyalarının müalicəsilə bağlı müasir müalicə üsulları müzakirə olundu - FOTO

Bakıda İİV infeksiyalarının müalicəsilə bağlı müasir müalicə üsulları müzakirə olundu - FOTO

Yerli və xarici mütəxəssislər ilə təcrübə və bilik mübadiləsi aparmaq məqsədilə "R-Pharm" Şirkətlər Qrupu Azərbaycanda "İİV infeksiyalarının müalicəsində müasir istiqamətlər və strategiyalar" mövzusunda elmi konfrans təşkil edib.

Tədbirdə Respublika QİCS-lə Mübarizə Mərkəzinin aparıcı mütəxəssisləri və regional mərkəzlərdən həkimlər iştirak edib.

Mərkəzin direktor müavini Səbinə Babayeva konfransa giriş sözü ilə başlayaraq, qonaqları Azərbaycanda İİV infeksiyasının yayılma dinamikası ilə tanış edib.

S.Babayevanın sözlərinə görə, son bir neçə il ərzində risk qrupları arasında həyata keçirilmiş tədbirlər və profilaktik işlər sayəsində infeksiyanın ölkədə yayılmasının qarşısını almaq mümkün olub.

Daha sonra Çenqdu İctimai Səhiyyə Klinik Tibbi Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin direktoru, Çin Respublikasının Səhiyyə üzrə Milli Şurasının QİÇS-lə mübarizə Klinik ekspert qrupunun üzvü, professor Şenq- Xua-Xö (Sheng-Hua HE) ən son Aykeninq (albuvirtid) preparatının İİV müalicəsində perspektivləri haqqında məruzə ilə çıxış edib.

Professor Şenq-Xua Xö qeyd edib ki, Aykeninq yeni nəsil ən müasir preparatdır və tablet formalarından fərqli olaraq, inyeksiya preparatı həftəlik tətbiq olunan uzunmüddətli təsir göstərən preparatdır.

Preparatı dərmana dözümlü olan pasiyentlərin müalicəsində digər vasitələr ilə kombinə etmək olar, bundan əlavə, preparat əsas İİV ştamlarına qarşı effektivdir.

Professorun sözlərinə əsasən, alimlər artıq uzun müddətdir ki, İİV müalicəsində uzunmüddətli təsirə malik preparatlar üzərində çalışırlar.

Ekspertlərin fikrincə, bu vasitələr İİV-ə yoluxmuş şəxslərin həyatını daha sakit, müalicəni isə daha effektiv edəcək.

Xatırladaq ki, Aykeninq (albuvirtid) preparatının Rusiya və Azərbaycan bazarına çıxarılması üçün "R-Pharm" Şirkətlər Qrupu Çinin "Friontier Biotech" şirkəti ilə razılaşma imzalayıb.

Elmi konfransın yekununda iştirakçılar İİV infeksiyalarının diaqnostikası və müalicəsində ÜST-ün xəstəliyin müalicəsində dərman terapiyası strategiyası əsasında işlənib hazırlanmış müasir kliniki tövsiyələri müzakirə ediblər.

Birxeber
--- ---
Bakıda İİV infeksiyalarının müalicəsilə bağlı müasir müalicə üsulları müzakirə olundu - FOTO

Bakıda İİV infeksiyalarının müalicəsilə bağlı müasir müalicə üsulları müzakirə olundu - FOTO

--- ---
Bakıda “şir kükrəməsi” sakinlərin marağına səbəb olub - FOTO

Bakıda “şir kükrəməsi” sakinlərin marağına səbəb olub - FOTO

--- ---
Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

--- ---
“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

--- ---
“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO

“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO

--- ---
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti

Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti

--- ---
“Optimal İstiqrazları” 22% gəlir qazandırır

“Optimal İstiqrazları” 22% gəlir qazandırır

--- ---
Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk 

Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk 

--- ---
“Toyota” ikinci dəfə “Toyota Abşeron Mərkəzi”ni ən yaxşı diler kimi mükafatlandırıb

“Toyota” ikinci dəfə “Toyota Abşeron Mərkəzi”ni ən yaxşı diler kimi mükafatlandırıb

--- ---
“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

--- ---
Yelo Bank-da onlayn kredit - sərfəli və sürətli!

Yelo Bank-da onlayn kredit - sərfəli və sürətli!

--- ---
"Azercell"in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb - FOTO

"Azercell"in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb - FOTO