Azərbaycan BMT ilə “yaşıl enerji” keçidi üzrə müzakirələr aparıb

Azərbaycan BMT ilə “yaşıl enerji” keçidi üzrə müzakirələr aparıb

Azərbaycan və BMT ölkəmizin “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr aparıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə COP29-a hazırlıq işləri, qarşılıqlı əməkdaşlıq və Azərbaycanın “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr apardıq”, - deyə nazir qeyd edib.