Maşını polisin üzərinə sürən şəxs: “Vurdum və sürətlə uzaqlaşdım” - TƏFƏRRÜAT

Maşını polisin üzərinə sürən şəxs: “Vurdum və sürətlə uzaqlaşdım” - TƏFƏRRÜAT

Bir neçə gün əvvəl Gəncədə yol polisinin keçirdiyi reyd zamanı avtoxuliqanlıq edən və avtomobili DYP əməkdaşının üstünə sürməkdə ittiham edilən şəxs həbs edilib.

Birxeber “Qafqazinfo”ya istinadən xəbər verir ki, reyd zamanı avtoxuliqanlıq edən və şüşələri tünd plyonkalarla əhatələnmiş “Chevrolet Cruze” markalı avtomobil DYP əməkdaşlarının diqqətini cəlb edib.

Gəncə şəhəri, Heydər Əliyev prospektində “Gəncə Mall”un qarşısındakı işıqforda yol polisi avtomobili saxlamağa çalışarkən sürücü maşını DYP inspektorunun üzərinə sürərək onu vurub və sürətlə uzaqlaşıb.

Daha sonra həyata keçirilən əməliyyatla sürücü Rüfət Əliyev (şərti soyadlı) saxlanılıb. Məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur və avtomobili Vətən müharibəsi qazisi olan dostundan alıb. Faktla bağlı cinayət işinin başlanması rədd edildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib.

Saxlanılan şəxs daha sonra Nizami Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində törətdiyi əməli etiraf edib:

“Maşın etibarnamə ilə mənə məxsusdur, ancaq sürücülük vəsiqəm yoxdur. Maşını aldığım Elnur adlı şəxs Vətən müharibəsi qazisidir. Elnur mənə demişdi ki, mən avtomobili nömrəsiz və şüşələrini qaraldaraq sürə bilərəm, mənə heç bir hüquq-mühafizə orqanı əməkdaşı heç nə edə bilməz. Hadisə baş verərkən isə saat 23 radələrində avtomobilin üzərində qeydiyyatsız alman nömrəsi ilə, həmçinin ön şüşəsi 15 faizlik tutqun, yan və arxa şüşələri 100 faizlik tutqun plyonkalı olmaqla Gəncə şəhəri, Н. Əliyev prospekti ilə “Gəncə Mall” ticarət və istirahət mərkəzi istiqamətdə gedirdim.

Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Gəncə Hotel”in qarşısına çatanda qırmızı işıqda dayandım. Bu zaman Gəncə şəhər BPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin Şahid adlı əməkdaşı maşının qarşı tərəfinə gəldi və dedi ki, avtomobildən düşüm. Avtomobilin şüşəsini aşağı endirərək içərisində ailəmin olduğunu bildirdim. Vüsal adlı polis əməkdaşı isə sözümə məhəl qoymayaraq, avtomobili saxlayıb yerə düşməyimi istədi.

Həmin vaxt orada videoçəkiliş aparılırdı. Vüsalın saxlama işarəsinə məhəl qoymayaraq avtomobili onun üzərinə sürdüm, Vüsal yenə geriyə çəkilmədi, avtomobili saxlamayaraq oradan getdim. Sonda qeyd edim ki, əməlimdən peşmanam, barəmdə yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Vüsal adlı DYP əməkdaşı isə bildirib ki, avtomobilin sürücüsü hadisə vaxtı onu diz nahiyəsindən vuraraq maşınla uzaqlaşıb.

Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 15 sutka həbs cəzası verilib.

Birxeber
Sosial Sosial
Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Sosial Sosial
"Mall"ların daxilində karantin qaydalarının qorunmasına kim məsuliyyət daşıyır?

"Mall"ların daxilində karantin qaydalarının qorunmasına kim məsuliyyət daşıyır?

Sosial Sosial
DTX-dən ƏMƏLİYYAT: Saxlanılanlar arasında

DTX-dən ƏMƏLİYYAT: Saxlanılanlar arasında

Sosial Sosial
Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir - VİDEO

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrində məşğələlər keçirilir - VİDEO

Sosial Sosial
Təsviri sənət və memarlıqla bağlı qabiliyyət imtahanı proqramları təsdiq olunub

Təsviri sənət və memarlıqla bağlı qabiliyyət imtahanı proqramları təsdiq olunub

Sosial Sosial
FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatdı

FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatdı

Sosial Sosial
Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır

Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır

Sosial Sosial
Yol polisi "Son zəng" tədbirləri ilə bağlı valideynlərə müraciət edib

Yol polisi "Son zəng" tədbirləri ilə bağlı valideynlərə müraciət edib

Sosial Sosial
Deputat Mərkəzi Bankın yeni sədrindən DANIŞDI: "Təcrübəli işçilər çıxarılmasa yaxşı olar"

Deputat Mərkəzi Bankın yeni sədrindən DANIŞDI: "Təcrübəli işçilər çıxarılmasa yaxşı olar"

Sosial Sosial
Məktəbliləri daşıyan avtobusun qəzaya uğramasından sonra DİN hərəkətə keçdi - FOTO

Məktəbliləri daşıyan avtobusun qəzaya uğramasından sonra DİN hərəkətə keçdi - FOTO

Sosial Sosial
Azərbaycanda bu məhsulların qiyməti xeyli bahalaşıb - VİDEO

Azərbaycanda bu məhsulların qiyməti xeyli bahalaşıb - VİDEO

Sosial Sosial
Azərbaycanda dövlət qulluqçuları TƏNBEH EDİLDİ: Maaşları azaldı, vəzifələri kiçildi -

Azərbaycanda dövlət qulluqçuları TƏNBEH EDİLDİ: Maaşları azaldı, vəzifələri kiçildi -