Aİ aclıqla mübarizə üçün Afrikaya 1,8 milyard avro ayırıb

Aİ aclıqla mübarizə üçün Afrikaya 1,8 milyard avro ayırıb

“Avropa İttifaqı (Aİ) Afrika ölkələrinə 1,8 milyard avro məbləğində maliyyə yardımı edib. Bu vəsait aclıqla mübarizə üçün istifadə ediləcək”.

“Birxeber” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə dünyada sabitliyi pozub: “Bu səbəbdən Ukraynanın dəniz limanlarında milyonlarla ton taxıl blokadada qalıb”.

J.Borrel vurğulayıb ki, Rusiyanın bu addımları müharibə cinayəti kimi qəbul edilməlidir.