“Qarabağ” gəmisinin böyük mexaniki vəfat etdi - FOTO

“Qarabağ” gəmisinin böyük mexaniki vəfat etdi - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Qarabağ” gəmisinin böyük mexaniki Polad Səfərəliyev vəfat edib.

Bu barədə Birxeber-ə ASCO-dan məlumat verilib.

P.Səfərəliyev 16 iyun 1969-cu ildə Quba rayonunun Susay kəndində anadan olub.

O, 1988-ci ildə “gəmi energetik qurğuları və onların istismarı/gəmi energetik qurğularının istismarı” ixtisası üzrə Bakı Dəniz Yolları Məktəbini bitirib.

Ömrünün 33 ilini dənizçilik sahəsinə həsr edən Polad Səfərəliyev əmək fəaliyyətinə 1989-ci ildə Xəzər Dəniz Yolları İdarəsində motorçu kimi başlayıb. 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrindən sonra 2014-cü ildə böyük mexanik vəzifəsinə yüksəlib.

2021-ci ildən ömrünün sonunadək “Qarabağ” gəmisinin böyük mexaniki işləyib.

Polad Səfərəliyev həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Polad Səfərəliyevin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

Birxeber
HADİSƏ HADİSƏ
Salyanda ağır yol qəzasında xəsarət alanlar Bakıya göndərilib

Salyanda ağır yol qəzasında xəsarət alanlar Bakıya göndərilib

HADİSƏ HADİSƏ
Bakıda çoxmərətəbəli yaşayış binası yanır

Bakıda çoxmərətəbəli yaşayış binası yanır

HADİSƏ HADİSƏ
“Torqovı”da yanğın: 3 yanğınsöndürən maşın gəldi - VİDEO

“Torqovı”da yanğın: 3 yanğınsöndürən maşın gəldi - VİDEO

HADİSƏ HADİSƏ
“Shacman” aşdı: xəsarət alan var

“Shacman” aşdı: xəsarət alan var

HADİSƏ HADİSƏ
Moskvadan İrəvana uçan təyyarədə nasazlıq yaranıb, təyyarə geri qayıdıb

Moskvadan İrəvana uçan təyyarədə nasazlıq yaranıb, təyyarə geri qayıdıb

HADİSƏ HADİSƏ
BŞBPİ-nin rəis müavini hücuma məruz qalmış jurnalistlə görüşüb

BŞBPİ-nin rəis müavini hücuma məruz qalmış jurnalistlə görüşüb

HADİSƏ HADİSƏ
Həyat yoldaşını öldürən sabiq hakimin cəzası azaldıldı

Həyat yoldaşını öldürən sabiq hakimin cəzası azaldıldı

HADİSƏ HADİSƏ
DİN: "Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb"

DİN: "Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb"

HADİSƏ HADİSƏ
DTX və DSX əməliyyat keçirib, külli miqdarda narkotiki ölkəyə keçirən şəxslər saxlanılıb

DTX və DSX əməliyyat keçirib, külli miqdarda narkotiki ölkəyə keçirən şəxslər saxlanılıb

HADİSƏ HADİSƏ
Tovuzda evə ildırım düşdü - FOTO

Tovuzda evə ildırım düşdü - FOTO

HADİSƏ HADİSƏ
Şirkət rəhbəri: “Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm”

Şirkət rəhbəri: “Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm”

HADİSƏ HADİSƏ
“Borjomi”nin istehsalı dayandırıldı

“Borjomi”nin istehsalı dayandırıldı