Xorvatiyanın sabiq Prezidenti: Prezident İlham Əliyevin Foruma dəstəyini və qonaqpərvərliyini yüksək dəyərləndirirəm

Xorvatiyanın sabiq Prezidenti: Prezident İlham Əliyevin Foruma dəstəyini və qonaqpərvərliyini yüksək dəyərləndirirəm

Prezident İlham Əliyevin Foruma dəstəyini və qonaqpərvərliyini yüksək dəyərləndirirəm. Azərbaycan Prezidentinə Forumda iştirak edərək burada hamıya zaman ayırdığına, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyinə görə minnətdaram.

Birxeber xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç söyləyib.

Sabiq Prezident əlavə edib: “Sizi əmin edirəm ki, Mərkəz olaraq biz Prezident İlham Əliyevin sülh və sabitliyin yalnız sizin regionda deyil, bütün Avrasiya qitəsində və qlobal olaraq qorunmasına dair fikir və təşəbbüslərini təşviq etmək istiqamətində fəal iş görürük”.

Qlobal Bakı Forumun əhəmiyyətindən bəhs edən Kolinda Qrabar-Kitaroviç bildirib ki, burada enerji və ərzaq təhlükəsizliyi, COVID-19 və yarana biləcək digər pandemiyalar barədə geniş müzakirələr aparılır.

Birxeber
SİYASƏT SİYASƏT
Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

SİYASƏT SİYASƏT
Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb

Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb

SİYASƏT SİYASƏT
Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi