"KOB Fest" sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir

"KOB Fest" sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qubada “KOB Fest” sərgi-satış yarmarkası təşkil edib.

"Birxeber"un Şimal bürosunun məlumatına görə, rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1 000-dən çox adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri də sərgilənir.

Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.

Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub.

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Quba rayonunda keçirilən "KOB Fest" sərgi-satış yarmarkası sayca altıncıdır və saat 20.00-dək davam edəcəkdir.

Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil edilib. Bu yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər.

Növbəti “KOB Fest” sərgi-satış yarmarkasının iyulun 7-də Şəki şəhərində keçirilməsi planlaşdırılır.

Biznes Biznes
Azərbaycan sənaye müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycan sənaye müəssisəsi səhmdarlarına hesabat verəcək

Biznes Biznes
Azərbaycanda kreditlə alınan və faiz subsidiyası veriləcək ərzaq məhsulları açıqlanıb

Azərbaycanda kreditlə alınan və faiz subsidiyası veriləcək ərzaq məhsulları açıqlanıb

Biznes Biznes
Azərbaycan-İsveçrə Birgə Komissiyasının yaradılmasından 13 il keçir

Azərbaycan-İsveçrə Birgə Komissiyasının yaradılmasından 13 il keçir

Biznes Biznes
"KOB Fest" sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir

"KOB Fest" sərgi-satış yarmarkası bu dəfə Qubada keçirilir

Biznes Biznes
KİV: "Rusiya üçün nəzərdə tutulan minlərlə lüks avtomobil Belçika limanında qalıb"

KİV: "Rusiya üçün nəzərdə tutulan minlərlə lüks avtomobil Belçika limanında qalıb"

Biznes Biznes
“WarnerMedia” və “Discovery”nin birləşməsi tamamlanıb

“WarnerMedia” və “Discovery”nin birləşməsi tamamlanıb

Biznes Biznes
Azərbaycana gətirilən çörək mayaları gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən çörək mayaları gömrük rüsumundan azad edilib

Biznes Biznes
Dünya Bankı Azərbaycanda fiskal islahatları dəstəkləyəcək

Dünya Bankı Azərbaycanda fiskal islahatları dəstəkləyəcək

Biznes Biznes
Filippin Azərbaycanı əsas məşğulluq bazarlarından biri hesab edir

Filippin Azərbaycanı əsas məşğulluq bazarlarından biri hesab edir

Biznes Biznes
Azərbaycanda builki dondurma mövsümündə nə gözlənilir?

Azərbaycanda builki dondurma mövsümündə nə gözlənilir?

Biznes Biznes
DGK: “Daşıyıcı şirkətlərin ölkəyə gətirdiyi yüklərin içərisində qaçaqmalçılıq faktları artıb”

DGK: “Daşıyıcı şirkətlərin ölkəyə gətirdiyi yüklərin içərisində qaçaqmalçılıq faktları artıb”

Biznes Biznes
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib