Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb

Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb

SOCAR-ın“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən “Birxeber.Az-Economics”ə verilən məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb.

Məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.