Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb

Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb

Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, İrakli Georgiyeviç Kobaxidze 1978-ci il sentyabrın 25-də Tbilisidə anadan olub. 2016-cı il noyabrın 18-dən 2019-cu il iyunun 21-dək Gürcüstan parlamentinə sədrlik edib.

Gürcüstanda keçirilən anti-Rusiya aksiyalarına görə 2019-cu il iyunun 21-də Bakıya səfəri yarımçıq qalıb. 2021-ci ilin əvvəlində Bidzina İvanişvili siyasətdən getdiyini elan edəndən sonra o, "Gürcü-arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri seçilib.