Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Birxeber Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib. O ölkəmizin BMT və onun ixtisaslaşmış institutları ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və istər Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində, istərsə də fərdi qisimdə Azərbaycanın irəli sürüdüyü təşəbbüslərin beynəlxalq sülh və inkişafa xidmət etdiyini vurğulayıb.

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib. O, Azərbaycanın BMT-nin mühüm tərəfdaşı olduğunu bildirib. BMT-nin Cenevrə bölməsinin baş direktoru Azərbaycanın BMT-nin digər üzv ölkələrinə göstərdiyi yardımın təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə könüllü hesabatları təqdim edən yeganə ölkə olduğunu qeyd edib.

Görüşdə tərəflər BMT gündəliyinin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması, ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşması və bölgədə sülhün təmin olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Birxeber
SİYASƏT SİYASƏT
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

SİYASƏT SİYASƏT
Ceyhun Bayramov: "Erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb"

Ceyhun Bayramov: "Erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb"

SİYASƏT SİYASƏT
Kəlbəcərdəki mövqelərimizi ermənilər yenidən

Kəlbəcərdəki mövqelərimizi ermənilər yenidən

SİYASƏT SİYASƏT
Heydər Əliyev Fondu Moskvada iftar verib

Heydər Əliyev Fondu Moskvada iftar verib

SİYASƏT SİYASƏT
İlham Əliyev: “Heç kim bizi dayandıra bilməz”

İlham Əliyev: “Heç kim bizi dayandıra bilməz”

SİYASƏT SİYASƏT
Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb - CANLI

Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb - CANLI

SİYASƏT SİYASƏT
İlham Əliyevin Astanada Vladimir Putinlə görüşü baş tutub - FOTO - YENİLƏNİB

İlham Əliyevin Astanada Vladimir Putinlə görüşü baş tutub - FOTO - YENİLƏNİB

SİYASƏT SİYASƏT
Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

SİYASƏT SİYASƏT
Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib

SİYASƏT SİYASƏT
Mikayıl Cabbarov Qırğız Respublikasının Prezidenti ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Qırğız Respublikasının Prezidenti ilə görüşdü - FOTO

SİYASƏT SİYASƏT
İranın keçmiş təşkilat sədri: “Qarabağın azadlığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm”

İranın keçmiş təşkilat sədri: “Qarabağın azadlığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm”

SİYASƏT SİYASƏT
Azərbaycan, Qazaxıstan və Türkiyə üçün əhəmiyyətli görüş baş tutdu

Azərbaycan, Qazaxıstan və Türkiyə üçün əhəmiyyətli görüş baş tutdu