Fiziki məhdudiyyəti olan qızlarla əlaqədar qanunvericiliyə dəyişiklik təklif olunub

Fiziki məhdudiyyəti olan qızlarla əlaqədar qanunvericiliyə dəyişiklik təklif olunub

Bu gün dünyada 700 milyondan artıq əlilliyi olan qadınlar və qızlar mövcuddur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, qadınlar arasında əlillik 19-20 % təşkil edir: “Kişilər arasında bu göstərici 12 %-dir. Qadınlar və qızlar daha çox fiziki və məişət zorakılığına məruz qalır. Dünya miqyasında dövlətlərin böyük əksəriyyəti fiziki imkanları məhdud olan insanlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmirlər, qanunvericilik çox zəifdir. Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zorakılığa da məruz qalır. Ona görə əlavə olaraq, fiziki imkanları məhdud olan qadınların və qızların məişət zorakılığından qorunması ilə bağlı “Məişət zorakılığı haqqında” qanunun 16-cı maddəsinə əlavə edək. Çünki qadınların və qızların məişət zorakılığından qorunması istiqamətində dünya səviyyəsində hüquq kifayət etmir”.