Azərbaycan zeytun yağı və süfrə zeytunlarına dair beynəlxalq sazişə qoşulur

Azərbaycan zeytun yağı və süfrə zeytunlarına dair beynəlxalq sazişə qoşulur

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Birxeber.Az-nın xəbərinə görə, qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.