Seçkidə şikayətlər üzrə prokurorluğa müraciətedilmə halları və qaydası izah edilib

Seçkidə şikayətlər üzrə prokurorluğa müraciətedilmə halları və qaydası izah edilib

Seçkidə şikayətlər üzrə prokurorluq orqanlarına müraciətedilmə halları və qaydası izah edilib.

Baş Prokurorluqdan "Birxeber.Az"a verilən məlumata görə, bu barədə prokurorluq işçiləri üçün "Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu" mövzusunda keçirilən seminarda məlumat verilib.

Seminarda mühazirəçi kimi iştirak edən Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin prokuroru Pərvanə Bayramova dinləyicilərə seçki hüququnun konstitusion əsasları, seçki sisteminin sosial-siyasi mahiyyətini izah edib.

Eyni zamanda seçki mübahisələrinin həll olunması üsulları, vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayətlər üzrə müvafiq prokurorluq orqanlarına müraciət edilmə halları və qaydası, eləcə də seçki subyektlərinin toxunulmazlıq və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.