Jurnalistlər binasının qarşısında yük maşını qadını vurub - YENİLƏNİB

Jurnalistlər binasının qarşısında yük maşını qadını vurub - YENİLƏNİB

Fevralın 1-də saat 06:26 radələrində Bibiheybət yolu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, dərhal hadisə yerinə 1 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

07.37

Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlər binası"nın qarşısından keçən yolda qeydə alınıb.

Yük maşını yolu keçən piyadanı vurub. Əraziyə polis əməkdaşları cəlb edilib.