May ayında Azərbaycanda 73 elmi iş müdafiə edilib
Ötən ay keçirilən dissertasiya müdafiələrinin sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından “Birxeber”a verilən məlumata görə, may ayında ümumilikdə 73 elmi iş müdafiə edilib.
Həmin işlərdən 38-i elmi, 35-i ali təhsil müəssisələrində müdafiə edilib.
Həmçinin 63 nəfər fəlsəfə doktoru, 10-u isə elmlər doktoru olmaq üçün dissetasiyadan keçib.