Meksikada məhkəmə korridaya qadağa qoyub

Meksikada məhkəmə korridaya qadağa qoyub

Meksikada məhkəmə “Plaza de Toros Mexico”da korridaya qadağa qoyub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Razon” nəşri məlumat yayıb.

Qeyd olunub ki, qadağa yerli heyvan hüquqları dərnəyinin Mexiko şəhərinin heyvanların mühafizəsi qanunu əsasında məhkəməyə müraciətindən sonra tətbiq edilib.

Qərara məhkəmədə etiraz edilə bilər, lakin bu həftəsonuna planlaşdırılan döyüşlər artıq ləğv edilib.