Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb

Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb

Ermənistanda may ayının əvvəlindən davam edən gündəlik etiraz aksiyaları zamanı zorakılıq halları artıb.

Bu barədə “Birxeber” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, etiraz aksiyaları çərçivəsində nümayişçilər artıq bir neçə dəfə hökumət binasına basqın etmək istəyiblər.

Artıq bir neçə gündür davam edən aksiyalar dövlət çevrilişi cəhdlərinə və küçə toqquşmalarına çevrildi.

Baş nazir Nikol Paşinyanın fəaliyyətini sərt tənqid edən müxalifətçilərlə dünən və bu gün polis əməkdaşları arasında toqquşmalar olub. Polisin sərt müdaxilə etdiyi etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb.

Paşinyanın əleyhdarları dünən axşam saatlarında yenidən paytaxt İrəvanda “Fransa” meydanına toplaşıblar. Nümayişçilər yürüş zamanı Paşinyan əleyhinə şüarlar səsləndiriblər. Yürüş zamanı Ermənistan polisi müdaxilə etməsə də, izdiham hökumət binasına yaxınlaşanda polis hərəkətə keçib.

Etirazçıların qarşısını kəsən polis nümayişçilərə qarşı sərt şəkildə müdaxilə etməyə başlayıb. Etirazçıları ərazidən dəyənəklərlə uzaqlaşdırmağa çalışan asayş keşikçiləri bəzi etirazçıları sürüyərək maşınlara mindirib.

Qeyd edilir ki, aksiyaçılar Paşinyanın iqamətgahına daxil olmaq istəyiblər, lakin polis əməkdaşları onların yolunu kəsib. Baş nazirin hökumət binasının yaxınlığında yerləşən iqamətgahına üz tutan nümayişçilər şüarlar səsləndirərək, Paşinyanın istefasını tələb ediblər.

Ermənistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə iyunun 3-də baş verən toqquşmalarda 39-u polis olmaqla, ümumilikdə 60 nəfər xəstəxanalara aparılıb.

Daxili İşlər Nazirliyi saxlanılanların sayını açıqlamır.

Region Region
Türkiyənin milli müdafiə naziri Almaniyaya səfər edəcək

Türkiyənin milli müdafiə naziri Almaniyaya səfər edəcək

Region Region
Təbrizdə yeni doğulan körpəyə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir

Təbrizdə yeni doğulan körpəyə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir

Region Region
Türkiyə ordusunun hərbçisi terrorçularla atışmada həlak olub

Türkiyə ordusunun hərbçisi terrorçularla atışmada həlak olub

Region Region
Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

Region Region
Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə parlamentinə təqdim olunub

Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə parlamentinə təqdim olunub

Region Region
Türkiyənin vitse-prezidenti: “Ərdoğanın səhhəti çox yaxşıdır”

Türkiyənin vitse-prezidenti: “Ərdoğanın səhhəti çox yaxşıdır”

Region Region
Türkiyədə zəlzələdən ölənlərin sayı 46 minə yaxınlaşıb

Türkiyədə zəlzələdən ölənlərin sayı 46 minə yaxınlaşıb

Region Region
İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

Region Region
Şiddətli döyüşlərin getdiyi rayonun başçısı: “Əks-hücumlarımız rusiyalıları şoka salıb”

Şiddətli döyüşlərin getdiyi rayonun başçısı: “Əks-hücumlarımız rusiyalıları şoka salıb”

Region Region
Ukrayna Silahlı Qüvvələri Baxmutda yeni əraziləri işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Baxmutda yeni əraziləri işğaldan azad edib

Region Region
Türkmənistan Prezidenti nənəsinin ölümü ilə əlaqədar Tacikistana səfərini ləğv edib

Türkmənistan Prezidenti nənəsinin ölümü ilə əlaqədar Tacikistana səfərini ləğv edib

Region Region
Sultan Əhməd məscidi bu gün yenidən istifadəyə veriləcək

Sultan Əhməd məscidi bu gün yenidən istifadəyə veriləcək