İsrailin İsveçdəki səfirliyi yaxınlığında şübhəli obyekt məhv edilib

İsrailin İsveçdəki səfirliyi yaxınlığında şübhəli obyekt məhv edilib

İsveç Milli Partlayıcı Mərkəzinin istehkamçıları İsrailin Stokholmdakı səfirliyinin ərazisində aşkar olunmuş naməlum obyekti məhv ediblər.

“Report” xəbər verir ki, bu barədə “TV4” telekanalı yerli polis nümayəndəsi Rebekka Landberqin açıqlamasına istinadən məlumat yayıb.

“Mərkəzin mütəxəssisləri obyekti məhv edib. Böyük ictimai təhlükəli məhvetmə və kobud qanunsuz təhdid faktı ilə bağlı ilkin araşdırmalara başlanılıb”, - o bildirib.

Öz növbəsində İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman diplomatik missiyaya hücum edildiyini söyləyib.

“Bu gün Stokholmdakı İsrail səfirliyi və onun əməkdaşları hücuma məruz qalıb. İsveç hökumətinə operativ addımlarına görə təşəkkür edirik. Terror bizi qorxutmayacaq”, - o, “X” sosial şəbəkəsində yazıb.