Rövşən Nəcəf: "Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var"

Rövşən Nəcəf: "Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var"

Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var və hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilik.

"Birxeber" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"Amma artan tələbatı bu layihə qarşılamaq iqtidarında deyil, ancaq biz də bununla bağlı işlər aparırıq", - R. Nəcəf qeyd edib.

SOCAR rəsmisi əlavə edib ki, qaz layihələrinin reallaşdırılması üçün maliyyə institutları ilə əməkdaşlıq artırılmalıdır:

"Biz tərəfdaşlarımızla Xəzər dənizinin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparırıq. Təbii ki, biz bunu qaydalar çərçivəsində və sıfır karbon emissiyası şərtləri ilə reallaşdırmaq istəyirik.
SOCAR enerji şirkəti olaraq orta və uzunmüddətli enerjiyə olan tələbatı qarşılamaq üçün fəaliyyət göstərir. Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq. Hansı ki, bunun da üstünlükləri var. Onlardan biri də karbon emissiyasının azaldılmasıdır".

O hesab edir ki, hələ bir neçə illər neft və qaza olan tələbat sabit olaraq qalacaq: "Neft-qaz proseslərində ekoloji məsələlərə əməl edilməlidir. Təəssüf ki, qaz sektoru son illər investisiya azlığı ilə üzləşir, amma bunu inkişaf etdirmək lazımdır. Azərbaycan da qaz ixracatçısıdır".

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Energetika Energetika
Aİ Rusiya qazını mərhələli şəkildə dayandırmaq planı hazırlayıb

Aİ Rusiya qazını mərhələli şəkildə dayandırmaq planı hazırlayıb

Energetika Energetika
Özbəkistan qaz ixracından tamamilə imtina edə bilər

Özbəkistan qaz ixracından tamamilə imtina edə bilər

Energetika Energetika
Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Energetika Energetika
"Azərişıq" Qarabağda olan abunəçilərinin sayını açıqlayıb

"Azərişıq" Qarabağda olan abunəçilərinin sayını açıqlayıb

Energetika Energetika
Ekspert: "Azərbaycan Avropaya qaz ixracını artıra bilər"

Ekspert: "Azərbaycan Avropaya qaz ixracını artıra bilər"

Energetika Energetika
Energetika Nazirliyində kadr dəyişiklikləri olub

Energetika Nazirliyində kadr dəyişiklikləri olub

Energetika Energetika
"Azəriqaz" daha iki qazinin müraciətini təmin edib

"Azəriqaz" daha iki qazinin müraciətini təmin edib

Energetika Energetika
"Azərişıq": "Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğundur"

"Azərişıq": "Şuşadakı Rəqəmsal İdarəetmə Mərkəzi ən müasir standartlara uyğundur"

Energetika Energetika
“Petkim” qlobal təsirlərə baxmayaraq, ilin ilk rübünü mənfəətlə başa vurub

“Petkim” qlobal təsirlərə baxmayaraq, ilin ilk rübünü mənfəətlə başa vurub

Energetika Energetika
Nazir: “Rumıniya və Azərbaycan “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər"

Nazir: “Rumıniya və Azərbaycan “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər"

Energetika Energetika
Çində tələbin azalması ehtimalı nefti 3% ucuzlaşdırıb

Çində tələbin azalması ehtimalı nefti 3% ucuzlaşdırıb

Energetika Energetika
OPEC-in Baş Katibi: “Enerji keçidində ölkələrin fərqli məsuliyyətləri nəzərə alınmalıdır”

OPEC-in Baş Katibi: “Enerji keçidində ölkələrin fərqli məsuliyyətləri nəzərə alınmalıdır”