Dəmiryol keçidlərinin istismarı Qaydaları təsdiq edilib

Dəmiryol keçidlərinin istismarı Qaydaları təsdiq edilib

Dəmiryol keçidlərinin istismarı Qaydaları təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.

Dəmiryol keçidlərinin istismarının şərtləri aşağıdakıları ehtiva edir:

- mənsubiyyətindən asılı olmayaraq dəmiryol keçidlərinə dair tələblərin, onların təsnifatının və kateqoriyalarının təyin olunmasını;

- dəmiryol keçidlərinin qurğularına, avadanlıqlarına, saxlanmasına və təmirinə, dəmiryol keçidləri sərhədlərində və onlara
yaxınlaşmalarda yerləşən avtomobil yolları sahələrinə, mənsubiyyətindən asılı olmayaraq dəmiryol keçidlərinin bir kateqoriyadan digərinə keçirilməsinə, həmçinin dəmiryol keçidlərinə xidmət edən işçilərin (bundan sonra - növbətçi işçilər) vəzifələrinə və işinin təşkilinə dair tələblərin müəyyən olunmasını.