Azərbaycanda bəzi dəmir yolu stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək

Azərbaycanda bəzi dəmir yolu stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan "Stadler FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

"Birxeber.Az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə ikimərtəbəli “KISS” markalı Stadler qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha aşağı hündürlüklü əlavə hissələr tikilir. Ərazidə aparılan tikinti işlərinin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün həmin platformalardan keçərkən qatarların hərəkət sürəti qismən endirilir.