Naxçıvanda icarə müqavilələrinin sayı kəskin artıb

Naxçıvanda icarə müqavilələrinin sayı kəskin artıb

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 239 icarə müqaviləsi bağlanılıb ki, bunlardan 228-i qeyri-yaşayış, 11-i isə torpaq sahələri üzrə olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 2022-ci illə müqayisədə icarə müqavilələrinin sayı 73,2 % artıb.

Ötən il Naxçıvanda həmçinin sahibkarlara 74 lisenziya verilib. İş adamları lisenziyaları “ASAN xidmət” vasitəsilə alıb. Lisenziyalardan dövlət büdcəsinə 76 min manatdan çox vəsait daxil olub.